Bakıda soyğunçuluq hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, Mircəlal küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.