Sumqayıtda 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsbəsində yaşayış binalarının birində baş verib.
Belə ki, 1944-cü il təvəllüdlü Şafarenko Pyotr Nikoloyeviç yaşadığı binanın blokunda pilləkənləri düşərkən yıxılaraq dünyasını dəyişib.
76 yaşlı kişi tənha yaşayırmış. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.