Şəkidə narkotik əkib-becərən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Alı Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.