Xırdalanda gənc oğlan güllə yarası aldı
12 iyun 2020 00:02 (UTC +04:00)

Xırdalanda gənc oğlan güllə yarası aldı

0

 

Abşeron rayonu Xırdalan şəhərində silahlı insident baş verib.

APA xəbər verir ki, Göyçay sakini, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişin qardaşı Kamilin APA-ya verdiyi məlumata görə, Ramil Şirəliyev "Tir" tüfəngi ilə ehtiyatsız davranan zaman açılan atəş nəticəsində xəsarət alıb.

Hazırda o, xəstəxanada cərrahi əməliyyat olunur və vəziyyətinin ağır olduğu bildirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3298

Oxşar yazılar