Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi " Volvo" markalı yük avtomobili " Samur" gömrük postunda saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 6000 ədəd " Parliament Heets" markalı siqaret və gömrük nəzarətinə bəyan olunmayan 16 ədəd 0,7 litrlik " Beluga Noble" markalı spirtli içki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.