Vətəndaşlara maska və əlcək paylanıldı  - FOTO
08 may 2020 16:57 (UTC +04:00)

Vətəndaşlara maska və əlcək paylanıldı - FOTO

Masallıda karantinlə əlaqədar vətəndaşlara tibbi ləvazimatlar paylanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, bu günlərdə əhalinin daha sıx olduğu ərazilərdə, poçt məntəqlərinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Masallı rayon Polis Şöbəsinin əməkdaşları 300-ə yaxın tibbi maska və əlcək paylayıb. Karantin rejiminin tələbləri izah edilib, ara məsafələrin qorunması xatırladılıb.

Şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları isə rayon daxilində hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparır, sürücülərə tibbi əlcək və maska paylanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Mehman Nəbiyev

Oxşar yazılar