Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Lent.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.