İyunun 24-də saat 8 radələrində rayonun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakini Sədiyar Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən qəsəbə sakini Ə.Mehdiyevi vurub.
DİN mtəbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sonra o, idarəetməni itirdiyindən avtomobil Baş Mil kanalına aşırıb.
Sürücü hadisə yerində ölüb, Ə.Mehdiyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
S.Eyvazovun meyiti və avtomobil sudan çıxarılıb.
Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.