Bərdədə doğuş zamanı uşaq ölümü qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Məmmədova Leyla Eldəniz qızının doğuş zamanı uşağı ölüb.
Həkimlərin verdiyi məlumata görə, xəstəxanaya çatdırılan L.Məmmədovanın uşağı ölü doğulub. 27 yaşlı ananın səhhəti normaldır.