Mayın 5-də rayon ərazisindəki uşaq bağçalarının birindən kompüter və müşahidə kamerasının yaddaş qurğusunu oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş H.Seyidov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun 1 tədris mərkəzindən 1500 manat dəyərində televizor, 2 kafedən 3080 manat dəyərində 3 ədəd oyun aparatı və müşahidə kamerası, 2 çay evindən isə 400 manat dəyərində televizor və monitor oğurlaması da müəyyən edilib.