Yabanı halda bitən külli miqdarda narkotik bitki məhv edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları Cəyirli kəndi ərazisində yabanı halda bitmiş 280 kiloqram çəkidə 230 ədəd çətənə kolu aşkar edilərək məhv ediblər.
Lerik rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə Orand kəndi ərazisində 17 hektar sahədə yabanı halda bitən 3,3 tona yaxın 13072 ədəd çətənə kolu aşkar edərək yandırıblar.