İyunun 19-da Yevlaxın Xaldan qəsəbəsinin Aşağı Bucaq kəndində evdə qaz partlayışı nəticəsində çoxsaylı yanıq xəsarətləri alan 1973-cü il təvəllüdlü Rəsulov Məharət Mehralı oğlu bu gün dünyasını dəyişib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisədən dərhal sonra M.Rəsulov xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.