Türkiyədə bu bölgələrə giriş-çıxış qadağası ləğv olundu
04 may 2020 21:46 (UTC +04:00)

Türkiyədə bu bölgələrə giriş-çıxış qadağası ləğv olundu

 

“Bu gecədən 7 vilayətimiz - Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVİD-19) bağlı nazirlərilə keçirilən videokonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, indiyədək giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 24-də isə bu məhdudiyyət 15 gün davam edəcək.

R.T.Ərdoğan İstanbul, Ankara və İzmirdəki xidmət taksilərinin tək və cüt nömrə ilə fəaliyyət göstərməsi qərarının 5 maydan ləğv olunduğunu da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826
avatar

Oxşar yazılar