Tovuzda evdə partlayış - FOTO
26 aprel 2020 17:56 (UTC +04:00)

Tovuzda evdə partlayış - FOTO

Tovuzda evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz peçində partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar