Tovuz istiqamətində ermənilər yenidən hücuma cəhd etdi
16 iyul 2020 08:24 (UTC +04:00)

Tovuz istiqamətində ermənilər yenidən hücuma cəhd etdi

 

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12181
avatar

Oxşar yazılar