Torpağa basdırılan 4 kilodan çox heroin aşkarlandı
08 iyun 2020 10:10 (UTC +04:00)

Torpağa basdırılan 4 kilodan çox heroin aşkarlandı

Cəlilabadda 4,5 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Elçin İmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla E.İmanovun narkotik vasitəni Cəlilabad rayonu, Privolnoye kənd sakini Ziya Hüseynovdan əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan Z.Hüseynov E.İmanova həmin nakotik vasitəni satdığını etiraf edib və əlavə olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ona məxsus olan əkin sahəsində torpağa basdıraraq gizlətdiyini bildirib. Z.Hüseynovun özünün də iştirakı ilə sözügedən əraziyə keçirilən baxış zamanı orada torpaq qatının altında gizlətdiyi 5 ədəd sellafon bağlamada ümumi çəkisi 4,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558
avatar

Mehman Nəbiyev

Oxşar yazılar