iOS 14-ün ilk beta versiyasında kənar tətbiqlər üçün çoxlu sayda məhdudlaşdırıcı proseslər ortaya çıxandan sonra bir sıra istifadəçi TikTok servisini casusluqda ittiham etdi.
Lent.az "technote"a istinadən verdiyi xəbərə görə, Reddit istifadəçilərindən biri məşhur servisin kodunu incələyəndən sonra qeyd edib ki, TikTok-un yığdığı məlumatlar bütün rekordları qırır.
Reddit-in Bangorlol ləqəbli istifadəçisi TikTok-u kodlara ayırandan və onun alqoritmini incələyəndən sonra aşkar edib ki, servis bir çox sosial şəbəkələrin yığmadıqları məlumatları yığır. İstifadəçi yığılan məlumatların siyahısını təqdim edib. Servis əsasən smartfonun prosessor modeli, onun sahib olduğu nüvələrin sayı, ekran ölçüsü, yaddaş həcmi, smartfona quraşdırılmış və ya silinmiş tətbiqlər, IP ünvan, MAC ünvan, smartfonda root və ya jailbreak-in olub-olmaması ilə bağlı məlumatları əldə edir.
Hətta Facebook, Twitter və Instagram da daxil olmaqla bir çox digər sosial şəbəkələr bu cür məlumatları yığmırlar.