Ticarət mərkəzindəki ölümlə bağlı cinayət işi açıldı
19 may 2020 10:22 (UTC +04:00)

Ticarət mərkəzindəki ölümlə bağlı cinayət işi açıldı

Gəncədəki ticarət mərkəzində satıcısının ölümü ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, mayın 10-da 23 yaşlı Əliyeva Arzu Mübariz qızı satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alaraq, xəəstəxanaya yerləşdirilib. Ancaq o, mayın 18-də müalicə aldığı xəstəxanada vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq işçiləri məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə Gəncə şəhərindəki "Bazarstore" ticarət mərkəzində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3373
avatar

Mehman Nəbiyev

Oxşar yazılar