Xuliqanlıq etdiyinə və üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulan İmişli rayon sakini B.Əhmədovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, nəticədə onun paytaxtın Nəsimi rayonunda yaşayan tanışının mənzilində gizlətdiyi ona məxsus “Sigsauer P-226” markalı nömrəsi silinmiş tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.