Dövlət Avtomobil Nəqliyyatı Xidməti pandemiya dövründə fəaliyyətinə icazə verilən taksilərin sayını açıqlayıb.
Qurumdan Lent.az-a verilən məlumata görə, karantin rejimində taksi xidmətləri üzrə 6224 nəqliyyat vasitəsinin fəaliyyətinə icazə verilib:
"Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” sənədinin “Azərpoçt” MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib".