Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, maşınların təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə mayın 8 axşam saatlarından Bakı şəhərinin bəzi mərkəzi küçələrində hərəkət qısamüddətli məhdudlaşdırılacaq.
Yusif Səfərov küçəsinin kəsişməsindən 28 may küçəsinin kəsişməsinə qədər olan hissəsində, Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində hərəkət dayanacaq.
Buna görə də sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.