Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Fərəhli kəndində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Məmmədov Nəriman idarə etdiyi minik maşını ilə hərəkətdə olan zaman avtomobili aşırıb. Sürücü həmin an özünü maşından atıb.
Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.