Quba rayonunda süni göldə batan 66 yaşlı kişinin cəsədi sudan çıxarılıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, Quba rayonunun Vəlvələ kəndində, süni göldə batdığı ehtimal olunan 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb. S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
18:50
Qubada yaşlı kişi süni göldə batıb.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.