Sumqayıtda əcnəbi vətəndaş dəm qazından boğuldu
03 fevral 2020 23:36 (UTC +04:00)

Sumqayıtda əcnəbi vətəndaş dəm qazından boğuldu

0

 

Sumqayıt şəhərində əcnəbi vətəndaş yaşadığı mənzildə ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb. 

İki həftə bundan öncə Sumqayıta gələn Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1287

Oxşar yazılar