Sumqayıt sakini bıçaqlandı - Naməlum şəraitdə
27 aprel 2020 00:05 (UTC +04:00)

Sumqayıt sakini bıçaqlandı - Naməlum şəraitdə

 

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində 9-cu mikrorayonda qeydə alınıb.

Ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Orucov cərrahi əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2428
avatar

Oxşar yazılar