Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu ərazisində, Yenikənd su anbarında 22 yaşlı Əhmədov Elman Mehman oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində E.Əhmədovun meyiti tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
17:55
Şəmkirdə bir nəfər Kürdə batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Adı hələ ki məlum olmayan şəxs Kürdə çiməndə batıb.
Hazırda onun axtırışları davam edir.
Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.