Karantin rejimini pozan şəxs inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 23-də Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edərək, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.
Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.