Bərdədə karantin rejimini pozan şəxslər həbs edilib.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Lent.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.Nəticədə Zümürxan kəndi ərazisində Q. Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Q. Bayramlı və kafenin müştəriləri - F. Əliyev və B. Hümbətov karantin qaydalarını pozmuş və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.