Sərt karantinə riayət etməyən 1443 sürücü cərimələndi - RƏSMİ
08 iyun 2020 09:57 (UTC +04:00)

Sərt karantinə riayət etməyən 1443 sürücü cərimələndi - RƏSMİ

Baş Dövlət Yol Polis idarəsi sərt karantin günlərində görülmüş işlərlə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan xəbərə görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə şənbə və bazar günləri ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1443 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 135 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1583 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3799
avatar

Mehman Nəbiyev

Oxşar yazılar