Sərt karantin rejimində nəzarət ən çox harada olacaq? - RƏSMİ CAVAB
05 iyun 2020 17:55 (UTC +04:00)

Sərt karantin rejimində nəzarət ən çox harada olacaq? - RƏSMİ CAVAB

Şənbə və bazar günləri Bakı və digər bir neçə böyük şəhərdə sərt karantin rejimi tətbiq olunacaq. Bu dəfə əvvəlkindən fərqli olaraq, supermarketlər də fəaliyyət göstərməyəcək. Hətta apteklərin də növbəli  işləyəcəyi gözlənilir.

Yenidən sərtləşən karantin rejimi çərçivəsində qaydaları pozan vətəndaşlar nə cür cəzalandırılacaq? Nəzarət tədbirləri daha çox hansı yerlərdə həyata keçiriləcək?

Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydaları pozanlar əvvəlki qaydada yazılan protokol əsasında cərimə olunacaqlar:

“Həftəsonu əvvəlki qaydada olduğu kimi, polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri sərt karantin qaydalarının qorunub saxlanmasına nəzarət edəcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu bütün yerlərdə, istər mərkəzi, istərsə də, məhəllələrdə nəzarət tədbirləri həyata keçiriləcək.

Tətbiq olunan karantin qaydalarını pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimə olunacaqlar”.

Xatırladaq ki, dünən baş nazir Əli Əsədov əhaliyə müraciət edib. Müraciətdə qeyd olunub ki,  ölkədə koronavirusa yoluxma hallarının artmasına görə, iyunun 6-ı saat 0:00-dan, iyunun 8-i səhər saat 8:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində və Abşeron rayonunda sərbəst hərəkət məhdudlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12169
avatar

Mehman Nəbiyev

Oxşar yazılar