Sosial şəbəkələrdə yalan məlumat yayan şəxs həbs edildi
16 iyul 2020 22:49 (UTC +04:00)

Sosial şəbəkələrdə yalan məlumat yayan şəxs həbs edildi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə rayonun Mırtı kəndindən olan hərbçimizin şəhid olması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Aydın Rəsulov iyulun 14-də özünə məxsus sosial şəbəkə hesabında Bakı şəhərinə 20, Göyçayın Mırtı kəndinə isə 1 şəhid olmuş əsgərimizin nəşinin gətirilməsi ilə bağlı yalan, cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatlar paylaşıb. 

O, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, toplanmış materiallar rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib. Aydın Rəsulov etdiyi hərəkətdən peşman olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4414
avatar

Oxşar yazılar