Sosial şəbəkədə rüsvay edəcəklərini deyib, pulunu aldılar...
06 iyul 2020 13:50 (UTC +04:00)

Sosial şəbəkədə rüsvay edəcəklərini deyib, pulunu aldılar...

Tərtər sakininə hədə-qorxu gələnlər saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə şəhər sakini olan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edib. O, etdiyi müraciətində cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə həmyerlisi H.Əsədova və Goranboy rayon sakini K.Bayramovun onu sosial şəbəkədə rüsvay edəcəkləri ilə hədə-qorxu gəlib 500 manatını aldıqlarını bildirib. 

Faktla əlaqədar Tərtər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsininin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4369
avatar

Mehman Nəbiyev

Oxşar yazılar