Şəkinin giriş-çıxışlarında postlar quruldu - RƏSMİ
14 oktyabr 2020 14:48 (UTC +04:00)

Şəkinin giriş-çıxışlarında postlar quruldu - RƏSMİ

Şəkidə karantin rejimi ilə əlaqədar polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən gecə 00:00-dan etibarən Şəki şəhəri və rayonun Kiş kəndinin giriş-çıxışlarında postlar qurulub.

Şəki rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri həmin postlarda, eləcə də şəhər və Kiş kəndinin daxilində gücləndirilmiş rejimdə xidmət aparır. Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb. Bundan əlavə şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Qeyd edək ki, kafe, restoran və digər ictimai iaşə müəssisələri bu müddət ərzində axşam 21:00-dək fəaliyyət göstərəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Mehman Nəbiyev

Oxşar yazılar