Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı
09 iyul 2020 16:26 (UTC +04:00)

Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı


Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələrinin verilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxslərinin  xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayonunun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri verməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran hərəkətlərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4465
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15