Sahibi qadın olan kafe karantin qaydalarını pozdu
05 iyun 2020 11:58 (UTC +04:00)

Sahibi qadın olan kafe karantin qaydalarını pozdu

0

Bakının Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. 

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında  “Bermud” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2360

Oxşar yazılar