Saç salonunun rəhbərində jurnalist vəsiqəsi aşkarlandı - FOTO
01 may 2020 11:40 (UTC +04:00)

Saç salonunun rəhbərində jurnalist vəsiqəsi aşkarlandı - FOTO

Bakıda karantin qaydalarını pozan protez saç qoyma salonu aşkar edilib.

Daxili İşlrə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus “HDC Baku” mərkəzinin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi, işçiləri və 1 nəfər müştəri Polis Şöbəsinə gətiriliblər. Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da, sonradan karantin qaydalarını pozduğunu etiraf edib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar