Siyəzəndə karantin rejimi ilə əlaqədar nəzarət tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə, rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Polis əməkdaşları tərəfindən xidməti ərazidə xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlar da aşkarlanıb. Qayda pozan həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.