Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili "Samur" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməyən 2 ədəd qutusu və aksesuarları olmayan "İPhone" markalı mobil telefon, 310 ədəd həb, 100 kapsul, 39 flakon, 20 ampul, 30 paket müxtəlif adda dərman preparatları aşkar edilib.