Rusiyadakı diasporumuzdan daha bir dəstək
04 oktyabr 2020 12:14 (UTC +04:00)

Rusiyadakı diasporumuzdan daha bir dəstək

Rusiyada fəaliyyət göstərən Azərbaycan icmaları Konfederasiyası Ermənistanın Azərbaycana qarşı təxribatları və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan ziyalılarının nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xalqımıza başsağlığı verilib.

Dəyirmi masanı giriş sözü ilə açan Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov qonaqlara Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlar törətməklə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyduğu barədə ətraflı məlumat verib: "Atəşin dayandırılması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. İndiyə qədər Cəbrayıl və Füzuli rayonlarında 7 kənd işğaldan azad edilib, Murovdağ və Talış kəndi ətrafındakı əsas yüksəkliklər nəzarətə götürülüb”.

Tədbirdə professor Kamran Rüstəmov, Azərbaycan diasporunun nümayəndəsi, vəkil İlqar Hacıyev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Əməkdar ixtiraçı, RF-in fəxri neftçisi Əzizağa Şahverdiyev, hüquq müdafiəçisi (Strasburq məhkəməsi I İnsan hüquqları üzrə Beynəlxalq məhkəmə) Nərgiz Abdullayeva, N.K.Baybakov adına Beynəlxalq ictimai fondun idarə heyətinin sədri Aleksandr Romaşin, RF XİN MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin sədri Abuzər Bağırov və başqaları çıxış ediblər.

1986-1987-ci illərdə Azərbaycanın avtomobil nəqliyyatı naziri vəzifəsində çalışmış Yuri Şedrin deyib ki, həddən artıq çox vaxt keçib və sülh danışıqları hadisələrin gedişinin müsbət dəyişiklərə gətirib çıxarmasına təsir etməyib: “Azərbaycana hücum ediblər və öz ərazisini, dinc əhalisini müdafiə etməkdan başqa yol qalmayıb. Qarabağ Azərbaycandır, ədalət zəfər çalmalıdır!".

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Biz, azərbaycanlılar, həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin həyata keçirdiyiniz siyasətə tam dəstəyimizi ifadə edirik. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Biz əminik ki, tezliklə həmin zaman gələcək. Sizin adınız qızıl hərflərlə böyük Azərbaycan xalqının tarixinə əbədi yazılacaq! Biz bir qarış torpağımızı da verməyəcəyik!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10