Keçmiş müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var.
“Hazırda araşdrımalar davam etdirilir”, - o vurğulayıb.