Rayonlara gəzməyə gedən gənclər cərimələndilər - SƏBƏB
01 iyul 2020 12:14 (UTC +04:00)

Rayonlara gəzməyə gedən gənclər cərimələndilər - SƏBƏB

0

Ağsu rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayarkən sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib.

APA-nın yerli bürosunun xəbərinə görə Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb. Sürücü və sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3111

Oxşar yazılar