Rayonda narkotik alverçisi tutuldu
06 may 2020 13:46 (UTC +04:00)

Rayonda narkotik alverçisi tutuldu

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşları əvvəllər məhkum olunmuş İsmayıllı şəhər sakini Tural Bəkirovu şübhəli şəxs qismində saxlayıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman 33 ədəd kağız bükümlərdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin, elektron tərəzi və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində T.Bəkirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar