Rayonda hasarın uçması faciə ilə bitdi: Bir azyaşlı öldü, ikisi...
31 may 2020 11:39 (UTC +04:00)

Rayonda hasarın uçması faciə ilə bitdi: Bir azyaşlı öldü, ikisi...

Qusarda mişar daşı ilə tikilən hasarın uçması ölümlə nəticələnib.

Lent.az-ın məlumartına hadisə mayın 30-da saat 15 radələrində rayonun Cibir kəndində baş verib. Nəticədə yaxınlıqda oynayan 8 yaşlı Əlisultanov Arif Çingiz oğlu ölüb, 10 yaşlı Şeydayev Ramal Validdin oğlu və 6 yaşlı Şeydayeva Gülay Validdin qızı xəsarət alıb. Yaralılar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2827
avatar

Mehman Nəbiyev

Oxşar yazılar