Ağdamda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Azay Rəhimov saxlanılıb. A. Rəhimovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 23 ədəd çətənə kolu və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.