Cəlilabad şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, naməlum şəraitdə bıçaqlanan 1966-cı il təvəllüdlü Vidadi Xeyrulla oğlu Atayev Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hazırda hadisənin kim tərəfindən törədildiyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.