Sabirabadda ölümlə nəticələnən hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Rüstəmli kənd sakini, 1992-ci il təvəllüdlü Paşazadə Kamran Vidadi oğlunu su nasosunu nizamlayarkən elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, mərhum 3 uşaq atası olub.
Faktla bağlı araşdırma aparılır.