Balakən rayon Təhsil Şöbəsinin müdiri Vahid Şahhəsən oğlu Əliyev vəfat edib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, şöbə müdiri Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin verdiyi diaqnoza əsasən “Kəskin ürək çatışmazlığı, şəkərli diabet” xəstəliyindən vəfat edib.