Saatlıda baş verən avtoqəzada iki nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Potubəyli kəndi ərazisində qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində Bakı sakinləri, 1993-cü il təvəllüdlü Vəlixanlı Ceyhun Əhəd oğlu və 1983-cü il təvəllüdlü Bağırov Nurlan Əlifağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı rayon xəstəxanasına çatdırılıb. Birincinin vəziyyəti ağır olduğundan paytaxta yola salınıb.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.