Qonaq getdiyi evdə öldü
29 aprel 2020 16:58 (UTC +04:00)

Qonaq getdiyi evdə öldü

Sumqayıt sakini qonaq getdiyi evdə ölüb.  

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Belə ki, dostunun evinə yeyib-içməyə gələn 51 yaşlı Əliyev Namiq Məmməd oğlu məclisdən sonra qəflətən ölüb. Kişinin ölüm səbəbləri araşdırılır. Onun spirtli içkidən öldüyü ehtimal olunur. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

 Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Oxşar yazılar