Qonaq gedən qızın MÜƏMMALI İNTİHARI
08 iyun 2020 11:55 (UTC +04:00)

Qonaq gedən qızın MÜƏMMALI İNTİHARI

Oğuzda yeniyetmə qızın intiharı ilə bağlı bir sıra detallar məlum olub.

Mediada yayılan məlumata görə, bu gün səhər saatlarında rayonun Zərrab kəndində 17 yaşlı Ülviyyə Bəxtiyar qızı Məmmədova özünü evin həyətindəki talvardan asıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum Ülviyyənin anası təxminən 7-8 il əvvəl dünyasını dəyişib. Daimi yaşayış yerləri Goranboy rayonudur. Atası əvvəllər bir neçə dəfə yüngül cinayətlərə görə həbs olunub. Hazırda Bakıda yaşayır. Ülviyyə isə Zərrab kəndinə babası və ögey nənəsigilə qonaq gəlibmiş. Bundan əlavə, onun Qəbələ rayonunun Nic kənd sakinilə nişanlı olduğu, bacısının isə həmin kəndə gəlin köçdüyü bildirilir.

Məlumata görə, 17 yaşlı Ülviyyə səhər saat 5-6 radələrində özünü asıb. Hadisənin səbəbləri barədə hələ ki dəqiq məlumat yoxdur.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7642
avatar

Mehman Nəbiyev

Oxşar yazılar